Sionist rejim Qəzzada 33 əsgərin yaralandığını etiraf edib
İsrail ordusu Qəzzada quru döyüşü zamanı daha 33 ordu əsgərinin yaralandığını etiraf edib.
Qəzzada quru döyüşü başlayandan (7 oktyabrda Qəzza müharibəsinin başlamasından təxminən iki həftə sonra) Qəzza döyüşündə 110-dan çox sionist əsgər həlak olub.
Digər tərəfdən, Qəzzədəki sionist əsirlərin ailələri sionist rejim kabinetini hədələyiblər ki, əsirlərin mübadiləsi ilə bağlı razılıq əldə olunmasa, onlar Tel-Əvivdəki Hərbi Nazirliyinin qərargahı qarşısında mitinq keçirəcəklər.
Bununla əlaqədar olaraq, HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssam qüvvələri bu gün şənbə günü bildiriblər ki, Xan Yunisin şərqində sionist rejimin yeddi əsgəri arasında iki piyada əleyhinə partlayıcı işə salıblar. Bu da onların onların ölümü və yaralanması ilə nəticələnib.
Əl-Qəssamın məlumatına görə, İsrailin yardımçı qüvvələri bu əsgərləri xilas etmək üçün gəldikdən sonra Əl-Qəssam mücahidləri onların arasında üçüncü partlayıcı paketi işə salıb, nəticədə bir neçə israilli ölüb və yaralanıb.