Sionist rejim qüvvələri Qəzzə əhalisinin yürüşünü yatırıb-Foto
Sionist rejim hərbçiləri Qəzzə xalqının Fələstin vətəndaşlarına və islami müqəddəs yerlərə dəstək yürüşünü gülləbaran və gözyaşardıcı qazdan istifadə etməklə yatırtdılar.
Onlarla fələstinli bu gün axşam (cümə) Qəzza zolağının şərqində Fələstin xalqına və islami müqəddəs məkanlara dəstək yürüşü keçirib.
Fələstin mənbələrinin xəbərinə görə, “Mələke” bölgəsində bu yürüşün başlamasından sonra Qəzza zolağına bitişik hissədə maşınlarda və hərbi mövqelərdə olan sionist əsgərlər fələstinlilərə atəş açıblar.
Fələstinin Səhiyyə Nazirliyi bu atışmadan sonra 7 Fələstin vətəndaşının ayağından yaralandığını, bəzilərinin plastik, bəzilərinin isə hərbi güllələrdən yaralandığını açıqlayıb.
Media gənclərin sərhəd divarının yaxınlığında təkərləri yandırdığını və sionist əsgərlərin onlara qarşı gözyaşardıcı qaz atdığını bildirib.
Fələstinlilərə gözyaşardıcı qaz atdıqdan sonra onlardan bəziləri təngnfəsliyə dçar olub. Fələstinlilərə yardım göstərmək üçün tibb işçiləri əraziyə göndərilib və yaralılar ən yaxın tibb mərkəzlərinə köçürülüb.
İsrail ordusu fələstinli etirazçıları dağıtmaq üçün onlara qarşı gözyaşardıcı qaz atıb.