Sionist rejim səfiri Türkiyəni tərk etdi

Sionist rejim səfiri Türkiyəni tərk etdi

Türkiyədə çıxan “Karar” qəzeti yazıbdır ki, İsrail rejiminin Ankaradakı səfiri- İrit Lilian bu rejimin digər diplomatları ilə yanaşı, dünən gecə Türkiyə ərazisini tərk edib.

Bu məlumata görə, sionist rejim Türkiyədən əlavə, İordaniya, Bəhreyn və Mərakeş də daxil olmaqla regionun digər ölkələrindən də öz diplomatlarını geri çağırıbdır.

Qeyd edək ki, “Ələqsa Tufanı” əməliyyatının başlanmasından sonra türkiyəlilər sionist rejimin cinayətlərinə qarşı öz hiddətini elan və Fələstinlə həmrəliyk ifadə etmək üçün dəfələrlə küçələrə çıxıblar.

Ankara və İstanbulda insanlar saxta sionist rejimin nümayəndəliklərini ələ keçirmək niyyətilə polislə toqquşublar. Qəzəbli insanlar Adanada “İncirlik” amerikan bazasına, Malatiyada isə sionist rejimin radar bazasına hücum çəkiblər.

Amerikanın Adanadakı konsulluğu bağlanıb. Birləşmiş Ştatların Türkiyədəki nümayəndəliklərində təhlükəsizlik tədbiləri maksimum həddə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =