Sionist rejim Seyid Razinin öldürülməsinə görə qisas alınacağından qorxudadır

Sionist rejim Seyid Razinin öldürülməsinə görə qisas alınacağından qorxudadır

Sionist rejim Suriyada törətdiyi terror aktı nəticəsində SEPAH-ın baş hərbi məsləhətçilərindən olan Seyid Razi Musəvini şəhid olmasından sonra İslam Respublikasının cavab reaksiyasından qorxudadır.

Yediot Aharonot qəzeti hərbi rəsmilərə istinadən yazıb ki, İsrail Seyid Razi Musəvinin öldürülməsinə görə şimal cəbhəsindən cavab reaksiyası gözləyir.

Bununla əlaqədar olaraq bir sionist rəsmi Axios-a bildirib ki, İsrail ordusu Suriya və Livandan raketlərin atılması da daxil olmaqla, İranaın cavab tədbirlərinə qarşı hazırlıq görməyə hazırlaşır.

İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bazar ertəsi bir bəyanat yayaraq, sionist uşaq qatili rejiminin Dəməşqə cinayətkar raket hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı baş hərbi məsləhətçilərindən olan briqada generalı Seyid Razi Musəvinin şəhid olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − six =