Sionist rejim tərəfindən Qəzzada 30 fələstinli ailənin bütün üzvlərinin qətliamı

Sionist rejim tərəfindən Qəzzada 30 fələstinli ailənin bütün üzvlərinin qətliamı

Fələstin mənbələri sionist rejimin son günlər Qəzzada fələstinli ailələrə qarşı 30 kütləvi qətl törətdiyini və bu qətllər zamanı bu ailələrin bütün üzvlərinin şəhid olduğunu bildiriblər.

Mehr xəbər agentliyinin Fələstin mediasına istinadən verdiyi məlumata görə, Fələstin hökumətinin Qəzza zolağındakı informasiya ofisi bəyanat yayaraq, İsrail ordusunun bu zolaqda fələstinli ailələrə qarşı 30 amansız qətl törətdiyini açıqlayıb.

Bu açıqlamada bu 30 hücumda əksəriyyəti qadın və uşaq olmaqla 220-dən çox fələstinlinin şəhid olduğu bildirilir.

Sionist düşmənin son cinayəti Şahabın ailəsinə qarşı olub və bu cinayət zamanı 31 fələstinli şəhid olub.

Sionist rejim son günlərdə Əl-Əqsa tufanı əməliyyatında Fələstin müqaviməti müqabilində qarşı rüsvayçı hərbi, təhlükəsizlik və kəşfiyyat uğursuzluğuna cavab olaraq, çox güclü və qabaqcıl bombalardan istifadə edib və Qəzzə zolağının yaşayış və həyati infrastrukturlarını qəddar hücumlarla hədəfə alıb.

Son statistikaya görə, 330-u uşaq, 200-dən çoxu qadın olmaqla, fələstinli mülki vətəndaşların hədəf alındığı bu vəhşi hücumlarda 1354-dən çox fələstinli şəhid olub. Sionist ordunun bu cinayətkar bombardmanlarında 6 mindən çox insan yaralanıb və onların böyük bir faizini qadın və uşaqlar təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + one =