Sionist rejimin Cəbəliyyə düşərgəsinə hücumunda 31 fələstinli şəhih olub – Video

Sionist rejimin Cəbəliyyə düşərgəsinə hücumunda 31 fələstinli şəhih olub – Video

Xəbər mənbələri bazar ertəsi gecə 31 fələstinlinin sionist rejim qırıcılarının Qəzzanın şimalında yerləşən Cəbəliyyə düşərgəsinə hücumu nəticəsində şəhid olduğunu bildiriblər.

İRNA-nın Şahab Fələstin xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail ordusu Cəbəliyyə düşərgəsindəki yaşayış məhəlləsində 12 evi bombalayıb və tamamilə yerlə-yeksan edib.

Bu məlumata görə, bu cinayətdə 31 fələstinli şəhid olub, 9 nəfər yaralanıb.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qüvvələri 2023-cü il oktyabrın 7-si şənbə günü Qəzzadan (Fələstinin cənubu) Tel-Əviv mövqelərinə qarşı “Əl-Əqsa tufanı” adlı qəfil əməliyyata başlayıb.

Sionist rejim qisas almaq və məğlubiyyətinin əvəzini çıxmaq və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzzə zolağının bütün keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Qərbin özünümüdafiə bəhanəsi ilə İsrail rejiminə verdiyi dəstək praktiki olaraq bu rejim üçün yaşıl işıq və fələstinli uşaq və qadınların vəhşicəsinə öldürülməsini davam etdirmək üçün icazə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 19 =