Sionist rejimin cinayətləri onun məhv olmasından sonra da unudulmayacaq

Sionist rejimin cinayətləri onun məhv olmasından sonra da unudulmayacaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ibranicə tvitində yazılıb: “Sionist rejimin cinayətləri unudulmayacaq, bu rejim məhv olduqdan və yer üzündən silindikdən sonra da bu cinayətlər və minlərlə uşaq və qadının qətliam edilməsi kitablara yazılacaq.”

İRNA-nın məlumatına görə, çərşənbə günü, 10 yanvarda Khamenei.ir-ın X (keçmiş Twitter) sosial şəbəkəsindəki istifadəçi hesabında İslam İnqilabının Ali Rəhbərinin ibrani dilində yeni cümləsi dərc edilib. Bu cümlədə deyilir: “Sionist rejimin cinayətləri unudulmayacaq, bu rejim məhv olduqdan və yer üzündən silindikdən sonra da bu cinayətlər və minlərlə uşaq və qadının qətliam edilməsi kitablara yazılacaq.”

Əl-Əqsa Tufanı əməliyyatının başlamasından bəri bu, dördüncü dəfədir ki, khamenei.ir saytı İslam İnqilabının Ali Rəhbərinin cümləsini ibranicə dərc edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 8 =