Sionist rejimin Dəməşqə hücumunda 4 iranlı hərbi məsləhətçi şəhid olub

Sionist rejimin Dəməşqə hücumunda 4 iranlı hərbi məsləhətçi şəhid olub

– SEPAH-ın ictimai əlaqələr bölməsi bildirib: “Təcavüzkar və işğalçı rejimin döyüş təyyarələrinin hava hücumu nəticəsidə Suriya qüvvələrindən bir neçə nəfər və İran İslam Respublikasının 4 hərbi məsləhətçisi şəhidlik zirvəsinə ucalıb.”

İRNA-nın müdafiə sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, sionist rejimin Dəməşqə hücumu ilə bağlı SEPAH-ın ictimai əlaqələr bölməsi bildirib: “Vəhşi və cinayətkar sionist rejim bir daha Suriyanın paytaxtı Dəməşqə təcavüz etdi. Təcavüzkar və işğalçı rejimin döyüş təyyarələrinin hava hücumu zamanı Suriya qüvvələrindən bir neçə nəfər və İran İslam Respublikasının 4 hərbi məsləhətçisi şəhidlik zirvəsinə ucaldı.”

İRNA-nın məlumatına görə, Suriyadakı yerli mənbələr görüntülər dərc edərək bu gün səhər saatlarında Dəməşqin qərbində partlayış baş verdiyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − nine =