Sionist rejimin Ən-Nusirat düşərgəsinin qərbinə hücumunda 12 nəfər şəhid olub

Sionist rejimin Ən-Nusirat düşərgəsinin qərbinə hücumunda 12 nəfər şəhid olub

Xəbər mənbələri sionist ordusunun Nusirat düşərgəsinin qərbindəki hücumunda 12 fələstinlinin şəhid olduğunu açıqlayıb.

Mehr xəbər agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Qəzza zolağının mərkəzində yerləşən Ən-Nusirat düşərgəsinin qərbində, Əs-Səvarəhə bölgəsində bir evin bombalanması nəticəsində 12 fələstinli həlak olub.

Həmçinin xəbər mənbələri sionist ordusunun Əs-Səvarəhə bölgəsində yeni cinayəti nəticəsində daha 40 nəfərin yaralandığını açıqlayıb.

Rəfəh şəhərinin şimalında yerləşən Ən-Nəsr qəsəbəsində yaşayış evinin bombalanması nəticəsində bir Fələstin vətəndaşı şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqindəki Avropa xəstəxanasının ətrafı da sionist ordusu tərəfindən bombalanıb.

Qəzzanın Dövlət İnformasiya İdarəsi sionist rejim ordusunun bu zolağın sakinlərinə qarşı soyqırımının başlanmasından bu yana Qəzzə zolağı jurnalistlərindən şəhid olanların sayının 112-yə çatdığını elan edib.

Digər tərəfdən, Fələstin Qızıl Aypara Cəmiyyəti sionist ordusunun Qəzzada bu təşkilata bağlı qüvvə və mərkəzləri birbaşa hədəfə aldığını açıqlayıb.

Həmçinin Qəzzə zolağının xilasedici qüvvələri sionist rejim qırıcıları tərəfindən bombardman edilən Qəzzə zolağının şimalındakı Əl-Fəlucə bölgəsində evlərdən birinin dağıntıları altından onlarla şəhid və yaralını çıxarıb.

Bir qədər əvvəl Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında daha 17 cinayət və qətl törətdiyini, bu hadisələr zamanı 249 nəfərin şəhid olduğunu, 510 nəfərin isə yaralandığını açıqlamışdı.

Həmçinin Fələstin Səhiyyə Nazirliyi Qəzzada müharibənin başladığı 7 oktyabrdan bu yana Qəzzada şəhidlərin ümumi sayının 23 min 84 nəfərə, yaralıların sayının isə 58 min 926 nəfərə çatdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + twelve =