Sionist rejimin hücumlarında beş Hizbullah döyüşçüsü şəhid olub

Sionist rejimin hücumlarında beş Hizbullah döyüşçüsü şəhid olub

Livan Hizbullahı şənbə gecəsi sionist rejimin hücumlarında beş döyüşçünün şəhid olduğunu elan edib.

İRNA-nın Əl-Məyadin şəbəkəsinə istinadla şənbə günü verdiyi məlumata görə, Livan Hizbullahı bir bəyanatda bu hərəkatın beş döyüşçüsü Xızr Əli Muhənna, Mustafa Mahmud Cabir, Mustafa Həsən Səd, Abbas Hüseyn Rammal və Abdullah Həsən Əl-Əsmərin işğalçı rejimin hücumları zamanı şəhid olduğunu bildirib.

Livan Hizbullahı Avivim qəsəbəsində sionist əsgərlərin toplandığı yeri uyğun və dəqiq silahlarla hədəfə aldığını elan edib.

Livan Hizbullahı HƏMAS-ın siyasi ofisinin rəis müavini Saleh Əl-Ərurinin öldürülməsinə cavab olaraq bu gün səhər saatlarında işğal olunmuş Fələstinin şimalında müxtəlif bölgələrə, xüsusilə sionist rejimin Miron strateji hava nəzarət bazasına raket zərbələri endirib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu günlərdə çıxışı zamanı bildirib ki, sionist rejimin sərhəddəki hərbi mərkəzləri dəfələrlə müqavimət döyüşçüləri tərəfindən hədəfə alınıb və bu rejim əsgərləri Hizbullahın hücumlarından qorxaraq qaçıblar.

O, əlavə edib: Üç ay ərzində Livan İslami Müqaviməti 670-dən çox əməliyyat keçirib və dəfələrlə 48 sərhəd mövqeyini hədəfə alıb.

Livan Hizbullahının baş katibi bəyan edib ki, oktyabrın səkkizinci günü və Qəzzada Əl-Əqsa tufanı əməliyyatının başlamasından cəmi bir gün sonra biz sionist düşmənlə qarşıdurmaya girmişik.

Seyid Həsən Nəsrullah əlavə edib: İslam müqaviməti sərhəddə düşmənin texniki və kəşfiyyat vasitələrini hədəfə alıb və tamamilə məhv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =