Sionist rejimin iddiaları: Biz İranın nüvə təhlükəsi ilə üzləşməyə hazırıq

İsrailin müharibə naziri ölkəsinin İranın nüvə təhlükəsini aradan qaldırmağa hazır olduqlarını bir daha iddia edib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Yesrail Katz bu gün (6 mart) deyib: İsrail daxili qüvvələrə arxalanaraq özünü istənilən təhlükədən müdafiə etmək qabiliyyətinə malik olmalıdır.
İsrailin müdafiə naziri regionda sülhsevər münasibətlərə malik ölkələrlə təhlükəsizlik əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, bunu daha çox sülh sazişlərinin yaradılması üçün effektiv amil hesab edib.
O, iddiasına davam edərək deyib: Bu il Qəzza və İrana diqqət yönəldilmiş müharibə ili olacaq.
XXI əsrin acı ironiyası ondan ibarətdir ki, kütləvi qırğın silahları ilə bağlı heç bir müqaviləyə qoşulmayan və yüzlərlə nüvə silahına malik olan İsrail rejimi bu qurumda Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzvünün beynəlxalq normalara riayət etməsindən danışır.