Sionist rejimin iqtisadiyyat nazirinin səudiyyəli həmkarı ilə görüşdüyü iddia edilir

Sionist rejimin iqtisadiyyat nazirinin səudiyyəli həmkarı ilə görüşdüyü iddia edilir

Sionist rejimin İqtisadiyyat Nazirliyi iddia edib ki, bu rejimin iqtisadiyyat naziri səudiyyəli həmkarı ilə ayaqüstü görüş keçirib.

Sionist “The Times of Israel” qəzeti iddia edib ki, sionist rejimin iqtisadiyyat naziri Nir Barkat Səudiyyə Ərəbistanının ticarət naziri Məcid bin Abdullah Əl-Qəssabi ilə BƏƏ-də Ümumdünya Ticarət Təşkilatının nazirlər konfransı çərçivəsində görüşüb.

Sionist rejimin İqtisadiyyat Nazirliyi bəyanat yayaraq, bu rejimin iqtisadiyyat nazirinin səudiyyəli nazirlə əl sıxaraq ona vizit kartı verdiyini açıqlayıb.

Məlumata görə, işğalçı rejimin iqtisadiyyat naziri səudiyyəli həmkarına sülhü axtaran ölkələrlə ortaq məxrəcə gəlməkdə maraqlı olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =