Sionist rejim işğal olunmuş ərazilərdə təhlükəsizlik böhranını etiraf edir
Sionist rejimin mediası çərşənbə gecəsi islami günlər və bayramlar zamanı işğal olunmuş ərazilərdə həyəcan verici təhlükəsizlik şəraiti ilə bağlı xəbərdarlıq edib.
İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadan verdiyi məlumata görə, sionist rejimin 14-cü kanalı bir xəbərdə ordunun hazırlıq səviyyəsinin Fələstin silahlı qruplarının genişlənməsi və şəhadət əməliyyatlarının artması səbəbindən hələ də yüksək olduğunu elan edib.
Bu xəbər kanalı bildirib: Qeyd olunan məsələlərlə yanaşı, İsrail təhlükəsizlik orqanları son şəhidlik əməliyyatının icraçılarının həbs edilməsində çətinliklərlə üzləşib.
Bu etiraf işğal altındakı Qüdsün bu həftə bazar ertəsi daha bir şəhadət əməliyyatına səhnə olmasından iki gün sonraya təsadüf edir.
Bunun ardınca işğal altındakı Qüdsün Yaffa küçəsindəki Beyt-Səfafa qəsəbəsindən olan Hatəm Əbu Nəcmə (39 yaş) adlı fələstinli 8 sionist mühaciri yaralayıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Bu rejimə bağlı mənbələr bu əməliyyatı həyata keçirən şəxsin şəhid olduğunu açıqlayıb.
Müxtəlif fələstinli qruplar bu şəhidlik əməliyyatını təbrik ediblər.
Fələstinlilər bunu işğalçıların İslam və Xristian müqəddəs yerlərinə, xüsusən də, Məscidül-Əqsaya qarşı davamlı təcavüzünə cavab kimi qiymətləndiriblər.