Sionist rejimin Livanın cənubuna və Suriyaya növbəti hücumu

Sionist rejimin Livanın cənubuna və Suriyaya növbəti hücumu

Sionist rejim ordusu çərşənbə günü axşam saatlarında bəyanat yayaraq bu rejimin hava qüvvələrinin Livanın cənubunda Hizbullaha məxsus əməliyyat qərargahını bombaladığını bildirib.

İRNA-nın Qətərin “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, sionist rejim ordusu həmçinin bildirib: “Əl-Metula bölgəsində sərhəd hasarına yaxınlaşan hərbi qüvvəyə atəş açdıq.”

Sionist rejim ordusu Suriya ərazisinə hücumu da təsdiqləyərək bildirib: “Suriya ərazisindən 4 atış əməliyyatı müşahidə etdik və bu atış mənbəyinə və Suriya ordusunun mövqeyinə hücum etdik.”

Bundan əvvəl Əl-Cəzirə İsrailin işğal altında olan Şəba kəndindən Suriya ərazisinə raket zərbəsi endirdiyi barədə məlumat vermişdi.

Həmçinin xəbər kanalına istinadən İsrailin Livanın cənubundakı Mərkaba kəndini bombaladığını açıqlayıb.

Hələlik bu hücumların mümkün itkiləri ilə bağlı heç bir xəbər yayılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 18 =