Sionist rejimin ölənlərin sayı 1200 nəfərə çatıb
Sionist rejim mediası çərşənbə günü səhər saatlarında Həmas-ın Əl-Əqsa tufanı əməliyyatında həlak olan sionistlərin sayının 1200 nəfərə çatdığını bildirib.
İRNA-nın Fələstinin Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sionist rejim radiosu Əl-Əqsa tufanı əməliyyatında həlak olan sionistlərin sayının 1200 nəfərə çatdığını və 2900-dən çox insanın yaralandığını elan edib.
Bununla bağlı ibrani dilində nəşr olunan “Yediot Aharonot” qəzeti yazıb ki, sionist rəsmilərin son təxminlərinə əsasən, Qəzzada 200-dən çox israilli əsirdir.
İRNA-nın məlumatına görə, Fələstin müqavimət qüvvələri oktyabrın 7-i sionist rejimin işğal olunmuş ərazilərdəki mövqelərinə qarşı Qəzzədən (Fələstinin cənubu) “Əl-Əqsa tufanı” adlı hərtərəfli və unikal əməliyyata başlayıb.
Fələstin müqavimət qüvvələrinin əməliyyat və hücumlarının başlaması ilə cəmi 20 dəqiqə ərzində sionist mövqelərinə doğru 5000 raket atılıb və eyni zamanda Həmas paraplanları işğal olunmuş ərazilər üzərində uçuşlar edərək səmanı işğalçılar üçün həmişəkindən daha təhlükəli hala salıb.