Sionistlər dəhşətli cinayətlərə imza atırlar

Sionistlər dəhşətli cinayətlərə imza atırlar

Terrorçu İsrail rejimi Qəzzə əhalisinə qarşı tərkibində ağ fosfor olan bombalardan istifadə etməklə müharibə cinayəti törədir.

 “Əl-Məyaden” telekanalının məlumatına görə, çərşənbə axşamı sionist rejim ordusu Qəzzə zolağında əl-Kəramə bölgəsinə hücum zamanı tərkibində ağ fosfor olan bombalardan istifadə edib.

Qeyd edək ki, Müqavimət cəbhəsinin sionist rejimin şəhərlərinə şiddətli hücumlarına cavab olaraq Sionistlərin terror hücumları hələ də davam etdiyi bildirilir. Fələstin mənbələrinin açıqladığı statistikaya əsasən, sionist rejim terroçularının Qəzza zolağına etdiyi son hücumlarında 13 mindən çox ev və 10 tibb mərkəzini dağıdılmışdır.

Sionist rejim indiyədək 200-dən çox hava hücumu ilə ticarət, yaşayış məntəqələri və qaçqın düşərgələrini hədəf alıb.

Ağ fosforun yanma temperaturu 800-2500 dərəcə selsi təşkil edir, dəri və paltar da daxil olmaqla müxtəlif səthlərə yapışdığı üçün bu yanan maddənin söndürülməsi çətinləşir.

Bu maddənin alışdırıcı silahlarda istifadəsi beynəlxalq qanunlar əsasında qadağandır. Lakin sionist rejim BMT və onun qərbli havadarlarının sükutu sayəsində Qəzzə əhalisinə qarşı cinayətlərində bu qadağan olunmuş silahdan istifadə edir.

Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin bu bögəyə ardıcıl olaraq artıq dördüncü gün davam edən hücumları nəticəsində qurbanların sayının şənbə günü səhərdən çərşənbə axşamına kimi 260-ı uşaq və 230-u qadın olmaqla 900 nəfərə çatdığını elan edib.

Nazirlik digər bəyanatında bildirilib ki, sionist rejimin Qəzzəyə təcavüzünün başlamasından bu yana 4500 nəfər də yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 9 =