Sionistlər Əl-Şücaiyyədə ağır itki verirlər
Fələstinli mübarizlər şücaətləri ilə tarix yazırlar – TƏHLİL Qəzzə müharibəsinin başlanmasından 75 gün keçir. Bütün bu müddət ərzində sionist rejim hərbi məqsədlərinə, yəni məhbusların azad edilməsinə və HƏMAS-ın məhv edilməsinə nail ola bilməyib. Əl-Şücaiyyədə isə ağır tələfat verirlər.
Əl-Şücaiyyə Qəzzə şəhərinin ən böyük məhəllələrindən biridir. İsrail ordusu ötən çərşənbə günü bu məhəlləyə hücum etdi, lakin ən ağır məğlubiyyətlərindən birini təcrübə etdi.
Sionistlərin açıqladığı statistikaya əsasən, Əl-Şücaiyyə döyüşündə Qolani briqadasından 10 əsgər ölüb, lakin qeyri-rəsmi statistikada ölənlərin sayının bundan çox olduğu bildirilir.
Sionist medialarından biri yazıb: “Qəzzənin Əl-Şücaiyyə məhəlləsində qanlı toqquşmalar davam edir və Qolani briqadası ağrılı və kədərli günlər yaşayır.
Bununla bağlı sionist “Maariv” qəzeti “Ağrılı səhər” başlıqlı məqalə dərc edib. Məqalədə İsrail ordusunun 10 əsgər və yüksək rütbəli zabitinin pusquya düşərək öldürüldüyü qeyd olunur.
Əl-Şücaiyyə məhəlləsi çoxlu sayda HƏMAS döyüşçüsünün yerləşdiyi mühüm yerlərdən biridir. Sionistlər hesab edirlər ki, HƏMAS-ın tunellərinin bir hissəsi də Əl-Şücayyədə yerləşir.
“Walla” xəbər saytının hərbi müxbiri “Əmir Bu Xobout” Əl-Şücaiyyə döyüşünün əhəmiyyəti haqqında yazıb: “Qəzzənin şərqində yerləşən Əl-Şücaiyyə bölgəsi Təl-Əviv üçün Yaxın Şərqin ən təhlükəli bölgələrindən biri hesab olunur, çünki bu bölgədə İsrail ordusu bir sıra tunellər, raketlər, quyular və minalarla qarşılaşıb və İzzəddin Qəssam batalyonları güclü müqavimət göstərirlər.
“Haaretz” qəzetinin isə təhlili belədir ki, İsrail ordusunun Qəzzədə ağır itkilər verməsinə baxmayaraq, HƏMAS-ın məğlubiyyətinin qaçılmaz olduğuna dair heç bir əlamət yoxdur və ordunun üstünlüyü getdikcə azalır. Texnoloji və kəşfiyyat üstünlüyü Əl-Şücaiyyədə zədələndi. Ona görə də hansısa qələbədən danışmaq absurddur. Netanyahu hökuməti sadəvə olarq cəmiyyəti sakitləşdirmək üçün israillilərə yalan məlumatlar verir.