Sionistlər fələstinlilərin qəsəbə tikintisinə qarşı etirazlarını yatırtdılar

Sionistlər fələstinlilərin qəsəbə tikintisinə qarşı etirazlarını yatırtdılar

Fələstin mənbələri İordan çayının qərb sahilində qəsəbə tikintisinə qarşı keçirilən dinc etirazlarda onlarla insanın yaralandığını bildirib.

Sionist rejim qüvvələri İordan çayının qərb sahilində yerləşən Ramullahın şimal-qərbində fələstinlilərin qəsəbə tikintisinin genişləndirilməsinə etiraz olaraq keçirilən dinc nümayişini yatırıb.

 “Əl-Ərəbyyəl-Cədid” saytının xəbərinə görə, fələstinlilər dünən cümə namazından sonra Ramullahın şimal-qərbində yerləşən Ümmü Səfa kəndində sionist yaşayış məntəqələrinin tikintisinə etiraz ediblər və sionist hərbçilər bu nümayişləri yatırıblar. Fələstinlilərə qarşı gözyaşardıcı qaz və səs bombaları atıblar. Nəticədə bir neçə fələstinlini xəsarət alıb.

İordan çayının qərb sahilinin şimalında, Qəlqəliyyənin şərqində yerləşən Kəfr Qədum kəndində sionist hərbçilərlə toqquşmada 6 fələstinli yaralanıb və bundan əlavə, bir neçə fələstinli də gözyaşardıcı qazların inhilyasiyasından xəsarət alıb.

Sionist qüvvələr həmçinin, Nablusun şərqində, İordan çayının qərb sahilinin şimalında yerləşən Beyt Dican kəndində fələstinlilərin sionist yaşayış məntəqələrinin salınmasına etiraz olaraq keçirilən həftəlik nümayişini yatırıb.

Cümə axşamı gecəsi Nablusun şimal-qərbində yerləşən Səbəstiyyə bölgəsində baş verən qarşıdurmalarda onlarla fələstinli gözyaşardıcı qazdan xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + nineteen =