Sionistlər tərəfindən güllələnən 19 yaşlı fələstinli gənc şəhid olub

Sionistlər tərəfindən güllələnən 19 yaşlı fələstinli gənc şəhid olub

Sionistlər bir neçə avtomobili yandırdıqdan sonra İordan çayının qərb sahilində bir fələstinli kəndə hücum edərək fələstinli gənci qətlə yetiriblər.

Bu gün axşam (cümə) sionist əsgərlər Ramullahın şərqində yerləşən Bərqa kəndində 19 yaşlı fələstinli Qasi Camal Mutanı şəhid ediblər.

Fələstinin Səhiyyə Nazirliyi verdiyi açıqlamada Mutanın şəhadətini təsdiqləyərkən, onun sionist mühacirlərin Bərqa kəndinə hücumundan sonra aldığı yaraların şiddətindən şəhid olduğunu elan edib.

Yerli mənbələr Fələstin Xəbər Agentliyinə (Vəfa) məlumat veriblər ki, mühacirlər sionist hərbçilərin dəstəyi ilə bu gün axşam saatlarında qəflətən Bərqa kəndinin qərb və şimal-qərb hissələrinə daxil olublar və kəndlilər öz torpaqlarını müdafiə etmək üçün mühacirlərlə toqquşublar. Toqquşmada Mutan və 2 digər fələstinli yaralanıb.

Hadisə şahidləri onu da bildirdilər ki, sionistlərin Bərqə kəndinə daxil olmaqda məqsədi kəndlilərin torpaqlarını ələ keçirmək olub və kəndə daxil olduqdan sonra onlar iki avtomobili də yandırıblar.

Bu hadisə sionist qüvvələrin bu gün səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərimdə Nur Şəms düşərgəsinə hücum edərək 18 yaşlı fələstinli gənci qətlə yetirdiyi bir vaxtda baş verib.

18 yaşlı fələstinli Mahmud Əbu Səan sionist əsgərlərlə qarşıdurma zamanı başından güllə yarası alıb və dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − nine =