Sionistlərin Ceninə hərbi hücumu: İki fələstinli yaralanıb-Video

Sionistlərin Ceninə hərbi hücumu: İki fələstinli yaralanıb-Video

İsrail əsgərləri Cenin şəhərinin qərbindəki Turə bölgəsinə basqın etdikdən sonra fələstinli yaraqlılarla toqquşub, çoxlu sayda Fələstin vətəndaşı yaralanıb.

Cenində qarşıdurma İsrail əsgərlərinin sədd divarının yaxınlığındakı Turə bölgəsinə basqın etməsi ilə başlayıb və sionistlərin qaz bombaları atması nəticəsində çoxlu fələstinlini xəsarət alıb.

İsrail əsgərləri bölgəni yaxınlıqdakı kəndlərlə birləşdirən yolda da nəzarət-buraxılış məntəqəsi qurub və maşınlarda axtarış aparıblar.

Bəzi yerli mənbələr bu ərazinin demək olar ki, hər gün İsrailin hücumları və sionistlərin təxribatlarının şahidi olduğunu vurğulayıblar.

Bu gün səhər tezdən İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinin bir sıra kənd və qəsəbələrinə hücum edib.

Bundan əvvəl fələstinli yaraqlılar Cenin səmasında İsrailə məxsus pilotsuz təyyarəni vurmuşdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − eight =