Sionistlərin dördüncü gündür Məscidül-Əqsaya hücumu
Onlarla sionist çərşənbə axşamı səhər sionist rejim hərbçilərinin dəstəyi ilə Əl-Əqsa məscidinə hücum edib.
İRNA-nın Əl-Əqsa şəbəkəsinə istinadən verdiyi məlumata görə, onlarla sionist mühacir bu gün səhər sionist rejim hərbçilərinin dəstəyi ilə təxribat xarakterli hərəkətlər törətmiş və Məscidül-Əqsanın həyətlərinə daxil olaraq talmud ayinlərini icra etməyə başlayıblar.
Qüds Vəqf İdarəsi həmçinin bildirib ki, 100-dən çox mühacir Eydul-Ərş bayramının dördüncü günü Əl-Əqsa məscidinin həyətlərinə daxil olublar.
Sionist rejim bu gün səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək 5 Fələstin vətəndaşını həbs edib.
İslami Vəqflər İdarəsi bazar ertəsi ən azı 227 sionistin bu müqəddəs yerə daxil olduğunu bildirib.
Sionist təhlükəsizlik qüvvələri bazar ertəsi səhər saatlarından etibarən Əl-Əqsa məscidinin ətrafında və onun girişlərində yerləşdirilib.
Bazar günü sionist mühacirlər yəhudilərin “Eydul Ərş” kimi tanınan bayramının ikinci günündə Məscidül-Əqsaya hücum ediblər.
Bu sionistlər Əl-Əqsa məscidinin girişlərindən biri olan Əs-Saleh qapısında Talmud rəqsləri və adət-ənənələri ifa ediblər.
Sionistlər şənbə günü Talmud mərasimləri və adət-ənənələrini yerinə yetirmək bəhanəsi ilə və təhlükəsizlik qüvvələrinin güclü dəstəyi ilə Məscidül-Əqsa yaxınlığındakı “Soq Əl-Qətanin” bölgəsinə hücum ediblər.
Sionist əsgərlər dükan sahiblərini də dükanlarını bağlamağa məcbur ediblər.