Sionistlərin hücumundan sonra Nur Şəms düşərgəsindəki “UNRWA” ofisinin vəziyyəti

Sionistlərin hücumundan sonra Nur Şəms düşərgəsindəki “UNRWA” ofisinin vəziyyəti

 Sionist rejim BMT və digər beynəlxalq təşkilatların Fələstindəki ofislərinə qarşı cinayətlərinin davamı olaraq, İordan çayının qərb sahilindəki Nur Şəms düşərgəsindəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ofisini dağıdıb.

Əl-Aləm telekanalının məlumatına görə, sionist rejim hərbçiləri bu gün (1 noyabr) Nur Şəms düşərgəsinə hücumu zamanı 3 fələstinlini şəhid ediblər.

Digər bir məlumatda İordan çayının qərb sahilindəki Tulkərm düşərgəsində daha bir fələstinlininsionistlər tərəfindən şəhid edildiyi deyilir.

Sionist rejim bu yaxınlarda fələstinlilərə yardımın qarşısını almaq və fələstinli qaçqınlar məsələsini aradan qaldırmaq üçün UNRWA-nı qadağan edib.

Bununla bağlı bir Fələstin vətəndaşı Əl-Aləm müxbirinə deyib: Sionist rejimin bu qərarı etibarsızdır və biz buna əhəmiyyət vermirik. Sionist rejim Knessetinin bu qərarı fələstinli qaçqınlar məsələsini aradan qaldırmaq üçün “Amerika ilanı” başda olmaqla bəzi ərəb, Avropa və Qərb hökumətləri ilə razılaşma əsasında qəbul edilib. Fələstin məsələsinin kökü və əsası torpaqları işğalçılar tərəfindən zəbt edilmiş və evlərindən didərgin salınaraq düşərgələrdə yaşamağa məcbur edilən fələstinli qaçqınlar məsələsidir.

https://fa.alalam.ir/news/7040478

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =