Sionistlərin Qəzzəyə bugünkü hücumlarında 178 fələstinli şəhid olub

Sionistlərin Qəzzəyə bugünkü hücumlarında 178 fələstinli şəhid olub

Qəzza Səhiyyə Nazirliyi sionist rejimin bugünkü hücumları zamanı 178 nəfərin şəhid olduğunu və 589 nəfərin yaralandığını bildirib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf Əl-Qudrə bir saat əvvəl atəşkəsin uğursuzluğu və sionist rejimin hücumlarının bərpasından sonra bu gün 106 dinc fələstinlinin şəhid olduğunu açıqlayıb.

Sionistlərin təcavüzünün başlanmasının 56-cı günündə sionist rejim bir həftəlik atəşkəsdən sonra Qəzzə zolağına hücumlarını bərpa edib.

Dünən HƏMAS və sionist rejim arasında əsir mübadiləsinin yeddinci mərhələsi baş tutub və bu mərhələdə sionistlər 30 fələstinlini və HƏMAS isə 8 israillini azad ediblər.

Sionist Ordu bu gün Qəzzada atəşkəs başa çatdıqdan sonra 9 əsgərini itirdiyini elan edib. HƏMAS hərəkatı atəşkəsin uğursuzluğuna görə sionistlərin məsuliyyət daşıdığını vurğulayıb

Əl-Ərəbi kanalına verdiyi müsahibədə Əl-Qudrə bildirib ki, Qəzzanın şimalında yalnız üç xəstəxana hələ də fəaliyyətdədir və məhdud imkanlarla xidmət göstərməyə davam edir.onlar dağıntılar altındadır.

Atəşkəs rejiminin başa çatmasından və Qəzza zolağında hücumların bərpasından bir neçə saat sonra İsrail ordusu bu gün səhər saatlarında cənubdakı Xan Yunis şəhərini üzərindən müharibə zonası elan edib və sakinlərindən şəhəri dərhal boşaltmağı tələb edib.

İsrail rejiminin yaydığı bəyanatlarda bu bölgənin əhalisinə xitab edilir: “Əl-Qararəh”, “Xeyrbət Xuza”, “Abadan” və “Bəni Süheyla” sakinlərinə; Siz dərhal bu əraziləri boşaltmalı və Rəfəh bölgəsinə sığınmalısınız. Xan Yunis şəhəri döyüş bölgəsidir.

HƏMAS hökumətinin Qəzzadakı informasiya ofisi sionist rejimin atəşkəsin uzadılmasına qarşı çıxdığını bildirib, çünki Qəzza zolağına qarşı müharibəni davam etdirmək niyyətindədir.

Sionist rejimin bombardmanının Qəzza zolağında evlərin və yaşayış məntəqələrinin 60%-nin dağılmasına səbəb olduğuna işarə edərək, bu Fələstin təşkilatı Qəzzəyə daxil olan yardımların xalqın ehtiyaclarının 1%-dən azını ödəmədiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − three =