Sionistlərin Qəzzəyə fosfor bombaları ilə hücumu
Fələstin xəbər mənbələri cümə günü gecə İsrail ordusunun Qəzzada Əş-Şəfa xəstəxanasını fosfor bombaları ilə hədəfə aldığını bildirib.
İRNA-nın Fələstin mediasına istinadən verdiyi məlumata görə, sionist rejimin təyyarələri bu ərazini çılğın şəkildə bombalayır.
Həmçinin, hesabatlar Şəfa xəstəxanası ətrafında müqavimət döyüşçüləri ilə İsrail işğalçı qüvvələri arasında çox şiddətli toqquşmaların olduğunu göstərir.
Digər tərəfdən, sionist rejimin tankları da bu əraziyə daxil olub və irəliləməyi planlaşdırır, lakin indiyədək müqavimət döyüşçüləri onların irəliləməsinə imkan verməyiblər.
Şəfa xəstəxanasında minlərlə insanın həyatı risk altındadır və hər an sionist işğalçılar bu xəstəxanaya qarşı növbəti vəhşi cinayət törədə bilərlər.