Sionistlərin Qəzzada 98 günlük cinayətlərinin nəticəsi: 23 min 708 şəhid

Sionistlərin Qəzzada 98 günlük cinayətlərinin nəticəsi: 23 min 708 şəhid

Qəzzanın Səhiyyə Nazirliyi bu gün (cümə) sionist rejimin bu zolağa təcavüzü nəticəsində şəhid olanların sayının 23 min 708 nəfərə yüksəldiyini açıqlayıb.

İRNA-nın Əl-Cəzirəyə istinadən cümə günü verdiyi xəbərə görə, Qəzzanın Səhiyyə Nazirliyi Qəzzə müharibəsinin 98-ci günündə verdiyi bəyanatda sionist rejimin son 24 saat ərzində Qəzzə zolağının müxtəlif bölgələrində 13 yeni cinayət törətdiyini bildirib. Nəticədə 151 nəfər şəhid olub və 248 nəfər də yaralanıb.

Bu bəyanatda deyilir: Yeni şəhidlər də daxil olmaqla, sionist rejimin təcavüzü nəticəsində şəhid olanların sayı oktyabrın 7-dən bu yana 23 min 708 nəfərə çatıb.

Qəzzanın Səhiyyə Nazirliyi bu təcavüzlərdə yaralananların son statistikasını 60 min 5 nəfər olaraq açıqlayıb.

Nazirlik dağıntılar altında çoxlu sayda şəhid cəsədinin olduğunu da vurğulayıb və xilasetmə qurumlarının onları dağıntılar altından çıxara bilmədiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + six =