Sionistlərin Qəzzada müqavimət məntəqələrinə hücumu
Fələstin xalqının nümayişlərindən sonra İsrail ordusu Qəzza sərhəd divarı yaxınlığındakı müqavimət məntəqələrinə hücum edib.
Bu axşam (cümə) sionist rejim Qəzza zolağının şərqində iki müqavimət məntəqəsini hədəfə alıb.
Fələstin mənbələrinin məlumatına görə, bu hücum pilotsuz təyyarə və tankdan istifadə edilməklə həyata keçirilib və Qəzza sərhəd divarının yaxınlığındakı müqavimət məntəqələrinə ziyan dəyib.
Fələstin mənbələri bildiriblər ki, müşahidəçilər Fələstin İslami Müqavimət Hərəkatına (HƏMAS) məxsusdur və HƏMAS bu hesabat dərc olunana qədər bununla bağlı açıqlama verməyib.
Bu hücum bir neçə saat əvvəl bir neçə fələstinli gəncin sionist rejimin siyasətlərinə etiraz olaraq Qəzza zolağında nümayiş keçirməsindən sonra həyata keçirilib.
Bu nümayiş zamanı bir neçə fələstinli gənc Qəzza zolağının sərhəd divarı yaxınlığında bomba partladıb və bu, sərhəd divarına ziyan vurub.