Sionistlərin Qəzzanın mərkəzinə hava hücumunda 30 nəfər şəhid olub

Sionistlərin Qəzzanın mərkəzinə hava hücumunda 30 nəfər şəhid olub

Xəbər mənbələri çərşənbə günü gecə Qəzza şəhərinin mərkəzində bir məhəllənin bombalanması nəticəsində 30-dan çox fələstinlinin şəhid olduğunu bildirib.

İRNA-nın Qüdsün Səsi Radiosuna istinadən verdiyi məlumata görə, Qəzza şəhərinin mərkəzindəki Əs-Səbrə məhəlləsində bir məscidin bombalanması nəticəsində 30-dan çox fələstinli şəhid olub.

Bu xəbərə görə, Qəzzanın mərkəzində, fələstinli qaçqınların sığınacaq yeri olan Nusirat düşərgəsindəki məktəbin bombalanması nəticəsində bir nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Həmçinin, Qəzzanın cənubunda yerləşən Xan Yunisdə telekommunikasiya qülləsinin partladılması nəticəsində bir uşaq şəhid olub, bir neçə nəfər yaralanıb.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qrupları 2023-cü il oktyabrın 7-si, şənbə günü Qəzzadan (Fələstinin cənubu) işğalçı Qüds rejimi və bu rejimin mövqelərinə qarşı “Əqsa tufanı” adlı qəfil əməliyyata başlayıb. Müqavimət qruplarının əməliyyatları müqabilindəki məğlubiyyətini kompensasiya etmək və əməliyyatları dayandırmaq məqsədilə sionist rejim Qəzza zolağının bütün keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Qərbin, xüsusən də Amerika Birləşmiş Ştatlarının özünümüdafiə bəhanəsi ilə İsrailə hərbi dəstək verməsi praktiki olaraq bu rejim üçün fələstinli uşaq və qadınları vəhşicəsinə öldürməkdə yaşıl işıq yandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + four =