Sionistlərin Qəzzaya hücumu zamanı şəhid olanların sayı 18,412 nəfərə çatıb

Sionistlərin Qəzzaya hücumu zamanı şəhid olanların sayı 18,412 nəfərə çatıb

 Qəzzanın Səhiyyə Nazirliyi bu gün günortadan sonra (çərşənbə axşamı) elan edib ki, Qəzza zolağında sionist cinayətləri nəticəsində şəhid olanların sayı artaraq 18 min 412 nəfərə çatıb.

İRNA-nın Səma İnformasiya Agentliyinin çərşənbə axşamı yaydığı məlumata istinadən verdiyi xəbərə görə, Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin vəhşicəsinə hücumlarının 67-ci günündə hücumların əvvəlindən şəhidlərin sayının 18412 nəfərə yüksəldiyini bildirib.

Nazirlik xəsarət alanların sayının 50 mini keçdiyini də açıqlayıb.

Bundan əvvəl Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədərə Əl-Cəzirə telekanalına müsahibəsində bildirmişdi: Qəzza zolağında 22 xəstəxana və 46 sağlamlıq və müalicə mərkəzi sıradan çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 1 =