Sionistlərin Tubasa hücumunda bir fələstinli şəhid olub

Sionistlərin Tubasa hücumunda bir fələstinli şəhid olub

Sionist rejimin bu gün İordan çayının qərb sahilinin Tubas şəhərinə hücumu nəticəsində bir fələstinli gənc şəhid olub, dörd nəfər isə yaralanıb.

Fələstin mediası İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinə işğalçı rejim əsgərlərinin hücumu zamanı “Əbdürrəhim Fayiz İvad Ğənam” adlı gəncin şəhid olduğunu bildirib.

 “Əl-Mayadin” saytının xəbərinə görə, Fələstinin Səhiyyə Nazirliyi Tubasidən olan bu 36 yaşlı gəncin İsrail ordusu tərəfindən başından vurulan güllədən sonra şəhid olduğunu təsdiqləyib.

Əl-Məyadin müxbiri bildirib ki, Fələstin müqavimət qüvvələri işğalçı qüvvələrin Tubas şəhərinə bugünkü hücumuna cavab olaraq, sionist ordusuna itkilər verib.

Tibb mənbələri daha iki fələstinli gəncin də başından güllə yarası aldığını və onların yaralarının orta və ağır olduğunu açıqlayıb. Bu arada Tubasda baş verən qarşıdurma zamanı daha iki gəncin yaralandığı, lakin onların vəziyyətinin stabil olduğu bildirilir.

Əl-Qüds Batalyonları, Tubas Briqadası da cümə günü səhər təsdiqləyib ki, fələstinli döyüşçülər bu şəhərdə münaqişənin birdən çox oxlarında işğalçı qüvvələrlə sərt və şiddətli toqquşmalar həyata keçirib və onlar şəhər daxilində sionistlərlə ağır silahlar və partlayıcılarla vuruşublar.

Sionist ordunun hücumları və basqınları Fələstinin şəhər və düşərgələrinə təkrarlanır, müqavimətin gəncləri isə işğal olunmuş qəsəbələrdə şəhidlik əməliyyatlarını artırır və İordan çayının qərb sahilində işğalçıların əmin-amanlığına zərbə vurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =