Sionistlərin üçdə biri işğal olunmuş Fələstindən qaçmağı düşünür
İsrail televiziya kanalında yayımlanan sorğu göstərir ki, sionist mühacirlərin üçdə biri işğal altındakı Fələstini tərk etməyi və mövcud böhrandan xilas olmağı düşünür.
Sionist rejim televiziyasının 12-ci kanalı böhranların artması səbəbindən sionist mühacirlər arasında “artan narahatlıq və ekzistensial gərginlik səviyyəsi”nə dair sorğunu dərc edərək elan edib ki, israillilərin 33%-i işğal olunmuş Fələstini tərk etməyi düşünür və 31%-i isə işğal altında olan Fələstindəki daxili müharibədən narahatdır.
İştirakçıların təsadüfi seçildiyi bu sorğuya əsasən, bir çox sionisti narahat edən məsələ nümayiş və etirazların miqyasının artması səbəbindən işğal olunmuş Fələstində vətəndaş müharibəsinin başlanmasıdır.
Cümə günü dərc edilən bu sorğu göstərir ki, İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə dəyişikliklərinin təsdiqi ilə bağlı təkidindən sonra sionistlərin üçdə biri İsraili tərk etməyi düşünür.
Sorğuda iştirak edənlərin 36%-i Netanyahunun iddia edilən “məhkəmə islahatları”nın təsdiqindən sonra baş verəcək iqtisadi böhrandan narahatdır.
Keçən ayın (iyul) sonunda sionist “Maariv” qəzeti də sionist mühacirlərin 58 faizinin İsraildə mövcud vətəndaş müharibəsindən narahat olduğunu göstərən sorğu dərc edib.
Sionist mühacirlərin narahatlıqları sionist rejimin əsaslarını sarsıdan 30 həftəlik davamlı etiraz və nümayişlərdən sonra daha da güclənib. İşğal olunmuş Fələstində vətəndaş müharibəsi ilə bağlı narahatlıqlar Knessetin “ağıllılıq sübutunun” ləğvini təsdiqləyən hərəkətindən və bu rejimin Ali Məhkəməsinin gücünü zəiflətməsindən sonra güclənib.