Somalidə prezident sarayı minaatanlardan atəşə tutulub

Somalidə prezident sarayı minaatanlardan atəşə tutulub

Somalinin paytaxtı Moqadişo şəhərinin mərkəzindəki prezident sarayı minaatanlardan atəşə tutulub.

“Report” xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Dövlət başçısının iqamətgahı ilə yanaşı, hökumət binası və digər tikililərin olduğu əraziyə bir neçə mərmi düşüb.

Somali Prezidenti Həsən Şeyx Mohamudun atışma zamanı sarayda olub-olmadığı məlum deyil. Mümkün qurbanlar barədə də məlumat yoxdur.

Təhlükəsizlik xidmətləri hücumun “Əş-Şəbab” qruplaşmasının silahlıları tərəfindən törədildiyini güman edir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + five =