Son 24 saat ərzində 10 sionist əsgər öldürülüb

Son 24 saat ərzində 10 sionist əsgər öldürülüb

İsrail ordusu son 24 saat ərzində Qəzzanın şimalında gedən döyüşlərdə 10 əsgərinin öldüyünü etiraf edib.

İsrail ordusu Qəzzanın şimalında gedən döyüşlərdə daha bir ordu zabitinin öldürüldüyünü açıqlayıb.

Əl-Məyadin kanalının məlumatına görə, sionist rejim ordusunun elanına əsasən, son 24 saatda Qəzzanın şimalında gedən döyüşlərdə 10 sionist əsgər həlak olub.

İsrail ordusu çərşənbə axşamı (dünən) Qəzzada quru döyüşləri başlayandan (7 oktyabrda hava hücumlarının başlamasından iki həftə sonra) 84 nəfərin öldüyünü açıqlayıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail ordusu oktyabrın 7-dən Qəzza müharibəsində həlak olan İsrail əsgərlərinin sayının 408-ə çatdığını açıqlayıb.

Əl-Mənar kanalı Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şərq istiqamətində Fələstin müqavimət qüvvələri ilə sionist rejim əsgərləri arasında şiddətli toqquşmaların baş verdiyini bildirib.

Bu xəbərə əsasən, sionist rejimin Qəzza zolağının mərkəzində yerləşən Harətul-Mücayidə məhəlləsindəki iki evə hücumu nəticəsində yaralanan 40 fələstinli xəstəxanaya aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =