Son 24 saatda 198 fələstinli şəhid olub

Son 24 saatda 198 fələstinli şəhid olub

Fələstinin Səhiyyə Nazirliyi indiyədək Qəzzə zolağında yaşayan 3000-ə yaxın fələstinlinin sionist ordusunun Qəzzəyə vəhşicəsinə hücumları zamanı şəhid olduğunu açıqlayıb.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi sionist ordusunun Qəzzəyə vəhşicəsinə hücumları nəticəsində 3000-ə yaxın fələstinlinin şəhid olduğunu, 12500-dən çoxunun isə yaralandığını açıqlayıb.

Bu 3000 fələstinli şəhid arasında 940 fələstinli uşaq da nəzərə çarpır ki, bu sayda günahsız uşaqların öldürülməsi sionistlərin qəddarlığını və vəhşiliyini göstərir.

Fələstin Səhiyyə Nazirliyinin açıqladığı statistik məlumatlara görə, Əl-Əqsa tufanı əməliyyatının başladığı gündən İordan çayının qərb sahilində 61 fələstinli İsrail ordusu tərəfindən şəhid olub, 1250-dən çox fələstinli isə yaralanıb.

Həmçinin, Qəzzada hökumətin informasiya idarəsi sionist ordusunun son 24 saat ərzində vəhşicəsinə hücumları zamanı 198 nəfərin şəhid olduğunu, 575 nəfərin isə yaralandığını açıqlayıb.

Əl-Əqsa tufanı əməliyyatı başlayandan bəri İsrail döyüş təyyarələri Qəzza zolağının müxtəlif bölgələrini bombalayır, lakin Fələstin mediasının məlumatına görə, İsrail ordusunun bugünkü hücumlarında diqqət mərkəzində Qəzzanın Əş-Şücaiyyə, Əz-Zeytun, Beyt Lahiya, Əş-Şeyx Zaidd və Cəbəliyyyə şəhərləri olub.

Sionist ordusunun bugünkü hücumları zamanı bu batalyonların hərbi şurasının üzvü və mərkəzi Qəssam ordusunun komandanı Əymən Nofəl də şəhid olub.

Bundan əlavə, İsrail döyüş təyyarələri HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin Qəzza zolağında yerləşən Əş-Şati düşərgəsindəki evini bombalayıb. Bu partlayış zamanı 14 nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =