Son 72 saat ərzində biz düşmənin 60 silahını məhv etdik
Qəssam Briqadalarının (HƏMAS Fələstin İslami Müqavimət Hərəkatının hərbi qolu) sözçüsü son 72 saat ərzində sionist rejimin 60 silahının, o cümlədən, düşmənin 10 şəxsi heyət daşıyıcısının məhv edildiyini açıqlayıb.
Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Qəssam Batalyonlarının sözçüsü Əbu Ubeydə bəyan edib ki, son 72 saatda Qəssam döyüşçüləri sionist rejimin 60 silahını, o cümlədən 10 şəxsi heyətt daşıyıcısını məhv etməyə nail olublar.
Əbu Ubeydə vurğuladı: Qəzza zolağının bir neçə oxlarında düşmənlə ağır toqquşmalar hələ də davam edir. Döyüşçülərimiz düşmənə qarşı bir neçə xüsusi əməliyyat keçirərək düşmənin bir neçə əsgərini öldürüb və ya yaralayıb.
Qəssam Briqadalarının sözçüsü bildirib: Döyüşçülərimiz Qəzzanın şimalında yerləşən “Ət-Təvam” bölgəsində düşmənin şəxsi heyət daşıyıcısını hədəfə alıb və onu birbaşa vurub.
Əbu Ubeydə deyib: Döyüşçülərimiz sionist hərbi personal daşıyıcısını hədəfə alıb, bu daşıyıcıya minən əsgərlərlə toqquşub və onlardan ən azı 7-ni öldürüb.
Əbu Ubeydə sözünə davam edib: Biz güman edirik ki, düşmən öz əsgərlərini bəzilərinin əsir düşdüyü şübhəsi ilə bombalayıb. Bu müharibədə işğalçıların məqsədi dinc insanları məhv etmək və öldürməkdir.