Son sutkada Qəzza zolağında 62 nəfər həyatını itirib
Son 24 saatda Qəzza zolağında 62 nəfər həyatını itirib.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 62 nəfərin ölüb, 138 nəfər yaralanıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ın atəşkəsi pozduğunu bildirərək Qəzzada hərbi əməliyyatlara yenidən başlayıb.