Şoyqu: ABŞ-ın hərbi-bioloji proqram fəaliyyətləri çoxalır

Şoyqu: ABŞ-ın hərbi-bioloji proqram fəaliyyətləri çoxalır

Rusiyanın müdafiə naziri Amerikanın hərbi-bioloji fəaliyyətlərinin çoxalması barədə xəbərdarlıq edərək bu proqramların Sinqapur, Tayland, Kambuciya və Cənubi Koreyada laboratoriyalarının olduğununu deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Sergey Şoyqu bu gün (30 oktyabr) Çində etdiyi çıxışında deyib: ABŞ dövləti və ordusu Ukrayna da daxil olmaqla hərbi-bioloji proqramlarını bütün dünyada həyata keçirməyə çalışır.

Sputnikin yazdığına görə S.Şoyqu Amerika ilə Cənubi Koreya arasında raket təcrübələri mübadiləsinin əsas məqsədi Rusiya və Çini cilovlamaq və məhdudiyyətlərlə üzləşdirməkdir.

Rusiya müdafiə naziri həmçinin NATO qüvvələrinin Asiya və Okeaniya məntəqəsində gücləndirmə planı barədə deyib: ABŞ-ın hərbi-bioloji proqramları digər ölkələrin laboratoriyalarında həyata keçməkdədir.

Xatırladaq ki, hərbi bioloji laboratoriyalar təyinatı üzrə iki istiqamətə bölünür. Birinci istiqamət aid olduqları ölkələrdə regionda patogenlərin yayılması, bioloji silahdan istifadə və ondan müdafiə yollarının araşdırılması üçün yerli hökumətlərlə iş birliyini həyata keçirir. İkinci isə paralel olaraq ABŞ-ın Müdafiə Nazirliyinin nəzdində olan ümumilikdə müxtəlif regionlarda onların maraqlarına xidmət edən hərbi bioloji laboratoriyalardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 5 =