Stefan Valt: Qəzzə müharibəsindən sonra dünya artıq o dünya olmayacaq

Stefan Valt: Qəzzə müharibəsindən sonra dünya artıq o dünya olmayacaq

Foreign Policy jurnalının siyasi eksperti Qəzzə müharibəsinin təsirləri barədə tədqiqat məqaləsində bu müharibədən sonra dünyanın artıq keçmişdəki dünya olmayacağını deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Stefan Valt yazır: Qəzzədə baş verən son müharibənin hansı təsirləri olacaq? Məncə bir qayda olaraq paradoksal geosiyasi hadisələr adətən müxtəlif növ əvəzedici qüvvələr tərəfindən tarazlaşdırılır və dünyanın kiçik bir hissəsində baş verən hadisələr başqa yerlərdə əks-səda doğurur. Böhran və müharibələr baş verir. Amma adətən daha sakit düşüncələr üstünlük təşkil edir və onların nəticələrini məhdudlaşdırır.

Amma bununla belə həmişə belə olmaya bilər. Bəlkə də Qəzzədəki indiki müharibə bir istisna olsun. Əlbəttə mən hal-hazırda 3-cü Dünya Müharibəsi astanasında olduğumuzu düşünmürəm. Hətta bu müharibənin regiona yayılacağı təqdirdə  belə dünya müharibəsinə çevriləcəyinə təəccüblənərəm. Çünki bu günə kimi heç bir ölkə birbaşa bu müharibəyə qoşulacağını sərahətlə elan etməyib. ABŞ bu müharibəni məhdud saxlamağa cəhd göstərsə də, bu sadəcə region böhranının çox təhlükəli və ağır xərclərinə görədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − four =