Stoltenberq: Hər hansı razılaşma ilə bağlı şərtlərə Ukrayna özü cavabdehdir

Stoltenberq: Hər hansı razılaşma ilə bağlı şərtlərə Ukrayna özü cavabdehdir

“Hər hansı razılaşma ilə bağlı şərtlərə Ukrayna özü cavabdehdir. NATO üzvlərinin məsuliyyəti özünü müdafiə etməsi üçün Ukraynanı dəstəkləməkdən ibarətdir”.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stotlenberq Brüsseldə Aİ müdafiə nazirlərinin görüşündən qabaq jurnalistlərə açıqlamasında bildirib.

“Beynəlxalq hüququn yanında dayanmaq bizim də marağımızdadır. Müharibələri proqnozlaşdırmaq olmur. Heç kim deyə bilməz ki, bu müharibə nə zaman və necə bitəcək. Ancaq fakt ondan ibarətdir ki, biz Ukraynaya daha çox hərbi dəstək versək, danışıqların nəticəsinin məqbul olma ehtimalı artır. Biz Prezident Putini inandırmalıyıq ki, o, bu müharibədə qalib gələ bilməyəcək. Bunun üçün isə biz Ukraynanın hərbi imkanlarının genişlənməsinə, güclənməsinə dəstək verməliyik”, – Baş katib qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + eleven =