Sumqayıt sakinləri 3 aydır ki, su üzünə həsrətdirlər
Sumqayıtın Yaşma bağları yaşayış massivinin sakinləri 3 aydır ki, su üzünə həsrətdirlər.
Sakinlər bildirirlər ki, yay gəlməmiş artıq həm içməli, həm suvarma su ilə bağlı problemlər yaşayırlar. Uzun illərdir davam edən bu problem hələ də həllini tapmayıb. Sakinlər iddia edirlər ki, ərazidə yerləşən təsərrüfatlarda sudan istifadə olunması su probleminin əsas səbəblərindəndir.
Problemlə bağlı Xızı Suvarma Sistemləri İdarəsinə müraciət etdik. İdarənin baş mütəxəssisi Cavid Şıxəliyev bildirdi ki, problemin yaranmasının əsas səbəbi limitə uyğun su verilməməsidir. O təsdiq edib ki, əkin sahələri də suvarıldığına görə, suyun Yaşma bağları massivinə çatdırılmasında problemlər yaşanır. İdarə rəsmisi bildirib ki, problemin aradan qaldırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Apa.az