Süni intellektin öyrənilməsi üçün ayrıca institut olacaq

Süni intellektin öyrənilməsi üçün ayrıca institut olacaq

Kembric Universitetinin (Böyük Britaniya) rəhbərləri süni intellektin öyrənilməsi üçün ayrıca institut açıblar.

Bu barədə təşkilatın saytında məlumat verilir.

“Bu texnologiyaların potensial faydaları çox böyükdür”, – deyə yeni Texnologiya və İnsanlıq İnstitutu qeyd edib. Doktor Stephen Caveyə görə, süni intellekt nəzəri olaraq demokratiyanı məhv edə və hərtərəfli müharibəyə səbəb ola bilər. Kembric Universitetinin nümayəndələri buna nümunə olaraq müstəmləkə genişlənməsinin və istixana qazı emissiyalarının artmasına töhfə verən sənaye inqilabını göstərib.

Tədqiqat mərkəzinin mütəxəssisləri süni intellektin inkişafını təhlil edəcək və yeni texnologiyaların istifadəsi ilə bağlı neqativ ssenarilər barədə xəbərdarlıq edəcəklər.

Alimlər qeyd ediblər ki, süni intellektin öyrənilməsi üçün institut müxtəlif sahələr üzrə mütəxəssislərlə – tarixçilər, filosoflar, kompüter mühəndislərilə birgə işləyəcək.

Noyabrın əvvəlində süni intellektlə bağlı qlobal konfransda çıxış edən sahibkar İlon Mask süni intellektin təhlükəli ola biləcəyini deyib. Mask belə bir ehtimalın reallaşmasını 20 faiz qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =