Suriya Hələb və Latakiya ətrafındakı terrorçuların qərargahını hədəfə alıb

Suriya Hələb və Latakiya ətrafındakı terrorçuların qərargahını hədəfə alıb

Suriya Müdafiə Nazirliyi açıqlamasında terrorçuların Hələb, Latakiya və Həma ətrafındakı qərargahlarına hücum etdiyini açıqlayıb.

Suriya ordusunun bölmələri Rusiya hava-kosmos qüvvələri ilə əməkdaşlıq edərək, bir neçə dəfə hava və artilleriya hücumları ilə Hələb, Latakiya və Həma ucqarlarında terrorçuların qərargahını hədəfə alıb.

Suriya Müdafiə Nazirliyi açıqlamasında bu hücumun terrorçu qrupların Hələb, Latakiya və Həma ətrafındakı kənd və qəsəbələrə təkrar hücumlarına cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, bu hücumlarda terrorçuların qərargahı, raket buraxılış platformaları, pilotsuz təyyarələr və sursat anbarları hədəfə alınıb, nəticədə onlarla terrorçu ölüb və yaralanıb.

Bəyanatda qeyd olunub ki, Suriya Silahlı Qüvvələrinin bölmələri qeyd olunan ərazilərdə dinc əhalini hədəfə almağı planlaşdıran terrorçu qrupların 5 pilotsuz təyyarəsini vura bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 8 =