Suriya ordusu Hələbdə terrorçuların bir neçə pilotsuz təyyarəsini məhv edib

Suriya ordusu Hələbdə terrorçuların bir neçə pilotsuz təyyarəsini məhv edib

Suriya Müdafiə Nazirliyi Hələb şəhərində terrorçu qruplara məxsus bir neçə pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

Suriya Müdafiə Nazirliyi Hələb şəhərindəki ordu bölmələrinin terrorçu qruplara məxsus bir neçə pilotsuz uçan aparatı məhv etdiyini, bir neçə terrorçunu öldürdüyünü və yaraladığını açıqlayıb.

Keçən iyulun əvvəlində Hələbin kənarında yerləşən “Ərum Əl-Kubra” qəsəbəsində terrorçu qrupların RPG hücumu nəticəsində bir ana, ata və iki uşaq olmaqla dörd nəfərdən ibarət ailə şəhid olub.

Suriya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bu ölkənin silahlı qüvvələri Hələbin şimal və qərb ərazilərində yerləşən bəzi bölmələrə hücum etmək niyyətində olan iki pilotsuz uçan aparatı məhv edib və daha üç pilotsuz təyyarəni vurub.

Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, sözügedən açıqlamada Suriya ordusunun bölmələrinin terror qruplaşmalarının qərargahını hədəfə alaraq bu qruplara cavab verdiyi və onlardan bir neçəsinin öldürüldüyü və yaralandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 7 =