Suriya qüvvələri terrorçuların İdlibdəki qərargahına hücum edib

Suriya qüvvələri terrorçuların İdlibdəki qərargahına hücum edib

Suriya Müdafiə Nazirliyi terrorçuların İdlib ətrafında yerləşən qərargahına hava və raket hücumu təşkil etdiyini açıqlayıb.

 Suriya Müdafiə Nazirliyi bu ölkənin silahlı qüvvələrinin bölmələrinin İdlib ətrafında terrorçuların qərargahını hava və raket hücumları ilə hədəfə aldığını açıqlayıb.

Suriya Müdafiə Nazirliyi terrorçu qrupların Huma və İdlibin ətrafında yerləşən qüvvələrin hərbi bazalarına son hücumlarına cavab olaraq “Ənsarət-Tövhid” və Təhriruş-Şam (keçmiş Cəbhətən-Nusra) kimi tanınan terrorçuların qərargahlarına raket və hava hücumları təşkil etdiyini bildirib.

Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, bu hücum Rusiya qırıcılarının əməkdaşlığı ilə həyata keçirilib və hücum zamanı terrorçuların qərargahları, onların silah və sursatları məhv edilib, nəticədə çoxlu sayda terrorçu və rəhbərləri öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eleven =