Suriya televiziyası: Əl-Həsakədəki Amerika bazasında güclü partlayışlar baş verib

Suriya televiziyası: Əl-Həsakədəki Amerika bazasında güclü partlayışlar baş verib

Suriya televiziyası cümə axşamı axşam saatlarında Əl-Həsakənin cənubundakı Amerika bazasında güclü partlayışların baş verdiyini bildirib.

Suriyanın “Əl-Vətən” qəzeti ölkə televiziyasına istinadən xəbər verir ki, Əş-Şadadidəki Amerika bazasında bir neçə güclü partlayış baş verib. Əş-Şədadi Əl-Həsəkə əyalətinin cənubunda (Suriyanın şimal-şərqində) yerləşir.

Sputnik xəbər agentliyi isə bildirib ki, partlayış ABŞ-ın Əş-Şədadi bazası yaxınlığındakı sursat anbarlarından birində baş verib. Mümkün tələfat və partlayışın səbəbi barədə hələlik heç bir məlumat verilməyib.

Yerli mənbələr bu xəbər agentliyinə bildiriblər: Partlayışların səsi çox güclü idi və Amerikanın Əş-Şədadi bazası yaxınlığından eşidilib və ərazidən qatı tüstü havaya qalxıb. Bu partlayışlar sursat və silah anbarında baş verib.

Bu mənbələrə görə, bu anbar ABŞ-ın dəstəklədiyi və bu ölkəyə bağlı Suriyanın “Demokratik Qüvvələri” kimi tanınan kürd milislərinə məxsusdur. Bu anbar “Əl-Cəbsə” neft mədənlərinin yaxınlığında və Amerika bazasının yanında yerləşir.

Yerli sakinlər həmçinin bildiriblər ki, partlayış nəticəsində Amerika bazasına ciddi ziyan dəyib və etibarlı məlumatlar Amerika qüvvələri arasında itkilərin olduğunu göstərir, lakin dəqiq təfərrüatlar mövcud deyil.

Bir müddət əvvəl Suriyanın şərqində yerləşən Deyr-əz-Zor əyalətindəki yerli mənbələr Amerika terrorçularının hərbi bazalarından birinin içərisindən bir neçə güclü partlayış səsi eşitdiklərini bildiriblər.

Sözügedən mənbələr bu partlayışların Deyrəz-Zor əyalətinin şimal-şərqindəki Koniko neft yatağındakı Amerika bazasında baş verdiyini bildiriblər. Koniko neft yatağı amerikalıların qeyri-qanuni baza quraraq ciddi mühafizə altına aldığı neft ərazilərindən biridir. Suriya hökuməti amerikalı terrorçuların qeyri-qanuni mövcudluğuna son qoyacağını dəfələrlə bəyan edib.

Bu mənbələrə görə, partlayışlar bu bazaya atılan bir neçə raket hücumu nəticəsində baş verib. Partlayışlardan sonra Amerika helikopterləri bu ərazinin üzərində geniş şəkildə uçub.

ABŞ-ın Suriyada 28 aşkar bazası var və onların əksəriyyəti Suriyanın neft və qazla zəngin bölgələrində yerləşir ki, ölkənin neft ehtiyatlarını mümkün qədər asanlıqla talan etsin. Üstəlik, hər həftə Suriya neftinin ABŞ tərəfindən talan edilməsi və İraqa təhvil verilməsi ilə bağlı xəbərlər dərc olunur.

Suriyanın Neft Nazirliyi ötən fevral ayında Amerika işğalı və onların muzdlularının gündə 66 min bareldən çox neft oğurladığını açıqlamışdı. Amerikalılar bu oğurlanmış nefti İraq Kürdüstanı və İdlibin qara bazarlarında satırlar.

Bu ayın 5-də Amerika işğalçı ordusunun Koniko qaz yatağındakı bazasına bir neçə raket atılıb. Bu hücum 8 raketlə həyata keçirilib, bəziləri bu bazanın içərisinə və ətrafına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − four =