Suriyada ABŞ və Türkiyədən ‘ortaq həll’

Suriyada ABŞ və Türkiyədən ‘ortaq həll’

ABŞ və Türkiyə Suriyada inklüziv və dünyəvi hökumətin qurulması, insan haqlarının qorunması kimi məsələlərdə ümumi razılığa gəliblər.

BŞ dövlət katibi Antoni Blinken Vaşinqton və Ankaranın Türkiyə, Suriya böhranının həlli və ölkənin gələcəyi ilə bağlı razılığa gəldiyini bildirib.

Blinken Hakan Fidanla görüşündən sonra deyib: “Məncə, Suriyada əhatəli və dünyəvi bir hökumətin qurulması kimi məsələlərdə [ABŞ və Türkiyə arasında] ümumi razılığa gəldik”.

ABŞ dövlət katibi bəyan edib ki, Suriyanın gələcək hökuməti qadınların, etnik və dini azlıqların hüquqlarının qorunmasına diqqət yetirməlidir.

O, həmçinin ümid etdiyini bildirib ki, gələcək Suriya hakimiyyət orqanları ekstremist qruplarla əməkdaşlıqdan imtina edəcək və qonşu ölkələr üçün təhlükə yaratmayacaq.

Blinken son olaraq Suriyada tapıldığı iddia edilən kimyəvi silahların axtarışına icazə verilməsini və əgər varsa, bu silahların məhv edilməsini gözlədiklərini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + eighteen =