Suriyada İŞİD-in hücumu nəticəsində 7 nəfər
ölüb
Suriyada İŞİD-in hücumu nəticəsində 7 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İŞİD silahlıları Suriyanın mərkəzində neft tankerlərinin karvanına hücum edib. Hücum zamanı konvoy Suriya ordusunun müşayiəti ilə Həma əyalətinin şərqindəki yollardan biri ilə hərəkət edirdi.
Ölənlərdən beşi Suriya əsgəri, ikisi yük maşınlarının sürücüsüdür.
Report.az