Suriyadakı 4 Amerika bazasına hücum edilib

Suriyadakı 4 Amerika bazasına hücum edilib

Müqavimət qüvvələri cəmi 2 saat ərzində Suriyanın şərqində və şimal-şərqində 4 Amerika bazasını hədəfə alıb.

 “Əl-Məyadin” kanalı bu axşam (cümə) öz mənbələrinə istinadən xəbər verir ki, müqavimət qrupları son 2 saat ərzində Suriyadakı 4 Amerika bazasına hücum edib.

Bu məlumata görə, bu hücum çoxlu sayda raketlə həyata keçirilib və onların əksəriyyəti hədəfləri vurub. Bu hücumlarda Deyrəz-Zur əyalətindəki “Əl-Ömər” və “Kunico”, Əl-Həsakə vilayətindəki “Xərabəl-Ceyr” və “Əş-Şədadi” bazaları hədəfə alınıb.

Sözügedən mənbələrin məlumatına görə, Suriyadakı 4 Amerika bazası qısa müddət ərzində ilk dəfədir ki, hədəfə alınıb. Əl-Mayadin sonda yazıb ki, Amerikanın Suriyada gördüyü bütün müdafiə tədbirlərinə baxmayaraq, raketlər hədəfləri vurub.

Bu hesabat İraq mənbələrinin bir saat əvvəl Amerikanın qərbdəki “Ayn əl-Əsəd” bazasının və Amerika hərbçilərinin Ərbil hava limanında yerləşdiyi yerin hücuma məruz qaldığını bildirdiyi halda dərc edilib.

Qeyd olunan bazalar ötən günlərdə İraqın İslam müqaviməti tərəfindən dəfələrlə hücuma məruz qalıb. İraq müqaviməti ABŞ-ı sionist rejimin Qəzza zolağındakı hücumlarına görə məsul hesab edir və bir neçə bəyanatında Qəzza xalqına qarşı hücumlar davam etdikcə Amerika bazalarına hücum edəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 4 =