Suriyadakı Koniko neft yatağında yerləşən Amerika bazasına raket hücumu olub

Suriyadakı Koniko neft yatağında yerləşən Amerika bazasına raket hücumu olub

Amerika işğalçılarının Koniko neft yatağındakı bazası son bir saat ərzində ikinci dəfə İraq müqavimət raketləri ilə hədəfə alınıb.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, bu gün bazar ertəsi Suriyanın Deyr Əz-Zor şəhərinin şərqindəki Koniko neft yatağında Amerika işğalçılarının bazası İraqın müqavimət qüvvələrinin raket hücumlarına ikinci dəfə hədəf olub.

İraq müqavimət hərəkatının dərc etdiyi bəyanatda bildirilir ki, müqavimət döyüşçüləri Amerikanın İraq və regiondakı işğalçı qüvvələrinə qarşı müqavimət siyasətinin davamı və sionist rejimin Qəzza xalqına qarşı qətliamlarına cavab olaraq Suriyanın Deyr Əz-Zor şəhərinin şərqindəki Koniko neft yatağında Amerika işğalçılarının bazasına hücum etmək üçün bir neçə raketdən istifadə edib.

Bundan əvvəl İraq və Yəməndəki müqavimət qrupları sionist rejimə xəbərdarlıq etmişdilər ki, Qəzzəyə qarşı hücumları və müharibəni dayandırmasa, sionistlər və onların havadarlarına qarşı əməliyyatlarını bərpa edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 15 =