Suriyadakı qeyri-qanuni Amerika bazasına pilotsuz təyyarə hücumu olub

Suriyadakı qeyri-qanuni Amerika bazasına pilotsuz təyyarə hücumu olub

İraqın İslami müqaviməti ABŞ-ın Suriyadakı “Əl-Ömər” neft yatağındakı qeyri-qanuni bazasını pilotsuz təyyarə ilə hədəfə alıb.

İraq İslami Müqavimət Qrupunun çərşənbə axşamı səhər yaydığı bəyanatda deyilir ki, müqavimət mücahidləri Qəzzada günahsız insanların öldürülməsinə cavab olaraq Əl-Ömər neft yatağında Amerika işğalçılarının bazasını pilotsuz təyyarə ilə hədəfə alıb.

İraq İslami Müqaviməti bu dron hücumunda nəzərdə tutulan hədəfin birbaşa vurulduğunu açıqlayıb.

Bu, İraqın İslami müqaviməti son həftələrdə Suriyadakı Amerika bazalarına ikinci hücumudur.

Pentaqon ötən həftə bazar ertəsi verdiyi açıqlamada İraq İslami müqavimət qüvvələrinin Amerika mövqelərinə hücumlarının başlamasından bu yana İraq və Suriyada 45 Amerika əsgərinin yaralandığını açıqlayıb.

Keçən həftə İraq İslami Müqaviməti Fələstin xalqını dəstəkləmək üçün və ABŞ-ın onlara qarşı qətl və cinayətlərdə iştirakına görə Vaşinqtonun bölgədəki bazalarına hücumlarını gücləndirəcəyini açıqlamışdı.

ABŞ müdafiə naziri bazar ertəsi səhər Suriyanın şərqində ABŞ-ın bölgədəki bazalarına müqavimət hücumlarına cavab olaraq iki hava hücumu təşkil etdiyini açıqlayıb.

İraqın İslami müqaviməti Suriyanın şərqində (İraqla sərhəddə) yerləşən Əl-Məyadin və Əl-Bukmal bölgələrində Amerikanın bu hücumlarına səssiz qalmadı və dərhal cavab verdi və Amerikanın Suriyadakı mövqelərini raket hücumları ilə hədəfə aldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − fourteen =