Suriyanın cənub-şərqindəki ABŞ hərbi bazasına hücum edilib

Suriyanın cənub-şərqindəki ABŞ hərbi bazasına hücum edilib

Qərb xəbər mənbələri çərşənbə günü gecə Suriyanın cənub-şərqində Amerikanın Ət-Tənifdəki hərbi bazasının hücuma məruz qaldığını bildirib.

İRNA-nın əl-Məyadin şəbəkəsinə istinadla verdiyi məlumata görə, hələlik heç bir şəxs və ya qrup bu pilotsuz təyyarə hücumuna görə məsuliyyəti öz üzərinə götürməsə də, keçmişdə İraq İslami Müqaviməti Amerikanın İraq və Suriyadakı hərbi bazalarına hücumu öz üzərinə götürüb.

Bazar ertəsi axşam saatlarında İraqın İslami müqaviməti ağır raket hücumu ilə Suriyanın şərqindəki “Koniko” qaz yatağında işğalçı Amerika hərbçilərinin bazasını vurub.

İsrail rejiminin Qəzzə başda olmaqla məzlum Fələstin xalqına qarşı vəhşi hücumları və cinayətləri və Vaşinqtonun bu hücumlara dəstək verməsi ardınca bu İraq müqavimət qrupu daha əvvəl ABŞ-a bu ölkənin bölgədəki bazalarını hədəf alacağı barədə xəbərdarlıq etmişdi.

İraq İslami Müqaviməti ABŞ-ın işğalçı qüvvələrinin mövqelərini və onların bazalarını hədəf almağa davam etdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 3 =